Londonun “Arsenal” klubunun isveçli hücumçusu Viktor Qyökereş komandadan ayrılmaq barədə düşünmür və “topçular”ın heyətində böyük uğurlar qazanmağa köklənib.
Futbolpress.az xəbər verir ki, təcrübəli forvard başqa klublara keçid variantlarını nəzərdən keçirmədiyini rəhbərliyin diqqətinə çatdırıb.
Buna baxmayaraq, futbolçunun komandadakı gələcəyi tam dəqiqləşməyib.
Xatırladaq ki, Qyökereş Lissabon “Sportinq”ində göstərdiyi yüksək məhsuldarlıqla Avropanın ən diqqətçəkən hücumçularından biri kimi London təmsilçisinə transfer olunub. Komanda rəhbərliyi onun hücum xəttini gücləndirəcəyini və İngiltərə Premyer Liqasında çempionluq mübarizəsinə böyük töhfə verəcəyini gözləyirdi.





