İdman · APA

"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib xəbəri üçün şəkil

"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.

APA xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib. “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Hazırda 16 xala malik "ağ-qaralar" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik qonaqlar isə ikinci yerdədir.

Turun bu gün baş tutan açılış matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑