İdman · İdman.biz

Adaptiv cüdoçular Bakıda dünya çempionatında bacarıqlarını nümayiş etdirdilər - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Adaptiv cüdoçular Bakıda dünya çempionatında bacarıqlarını nümayiş etdirdilər - FOTO xəbəri üçün şəkil

Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Bakıda keçirilən dünya çempionatı çərçivəsində xüsusi nümayiş proqramı təqdim ediblər.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında tatamiyə çıxan iştirakçılar məşqlər zamanı qazandıqları bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.

Adaptiv cüdo müxtəlif fiziki və funksional imkanlara malik şəxslərin bu idman növü ilə təhlükəsiz və əlçatan şəkildə məşğul olmasına şərait yaradır.

İştirakçıların fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən məşqlər onların fiziki inkişafına, koordinasiyasına, özünəinamının artırılmasına və sosial inteqrasiyasına töhfə verməyi hədəfləyir.

Dünya çempionatı çərçivəsində keçirilən nümayiş adaptiv cüdonun inklüziv idman mühitindəki əhəmiyyətini diqqətə çatdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑