Bakı, 9 oktyabr,
Türkiyə Super Liqasında VII turun oyunları çərçivəsində "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ilk hissə “sarı-qırmızılılar”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Abdulkərim Bardakçı fərqlənib.
İkinci yarıda Rak-Sakyi hesabı bərabərləşdirsə də oyunun sonuncu dəqiqələrində Barış Alper Yılmaz və Mario Leminanın qolları ilə "Qalatasaray" qələbə qazanıb - 3:1.
Bu nəticə ilə “Qalatasaray” 16 xalla turnir cədvəlində liderdir.




