Fransa Liqa 1-in altıncı turunun açılış matçında “Lans” doğma meydanda “Lion”u 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz istinadən xəbər verir ki, “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Florian Sotoka açıb.
76-cı dəqiqədə Matye Udol fərqi iki topa çatdırıb. Lakin 84-cü dəqiqədə həmin futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyü qazanan “Lion” bir dəqiqə sonra Halis Meranın qolu ilə fərqi minimuma endirsə də, məğlubiyyətdən xilas ola bilməyib.
Bu nəticədən sonra “Lion” 11 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Lans” isə 7 xalla yeddinci sırada yer alıb.
Növbəti turda “Lans” oktyabrın 17-də səfərdə “Trua” ilə qarşılaşacaq. “Lion” isə bir gün sonra öz meydanında “Nitsa”nı qəbul edəcək.






