İdman · Editor.az

Elgiz Məmmədov dünya çempionatında gümüş medal qazandı – karyerasını final görüşü ilə başa vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elgiz Məmmədov dünya çempionatında gümüş medal qazandı – karyerasını final görüşü ilə başa vurdu xəbəri üçün şəkil

İordaniyanın paytaxtı Amman şəhərində keçirilən Veteranlararası Güləş üzrə Dünya Çempionatında Azərbaycan təmsilçisi Elgiz Məmmədov gümüş medal qazanaraq dünya ikincisi olub.

6–11 oktyabr 2026-cı il tarixlərində təşkil olunan və 500-dən çox idmançının iştirak etdiyi mötəbər yarışda ölkəmizi yunan-Roma güləşi üzrə 100 kq çəki dərəcəsində Beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov təmsil edib.

Təcrübəli güləşçi yarışda İran və Rusiya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Qazaxıstan idmançısına məğlub olan Elgiz Məmmədov dünya çempionatının gümüş medalına layiq görülüb.

Elgiz Məmmədov Fakt.info xəbər portalına açıqlamasında bu yarışın onun idmançı karyerasında sonuncu güləş yarışı olduğunu bildirib. O, qazandığı medalı öz məşqçi-müəllimi, Əməkdar məşqçi mərhum Qardaşxan Əmənovun əziz xatirəsinə ithaf etdiyini vurğulayıb.

Hazırda Rusiyanın Kalininqrad şəhərində yaşayan Elgiz Məmmədov məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri olan yeniyetmə və gənc yunan-Roma güləşçiləri bir sıra mötəbər yarışlarda uğurla çıxış edərək mükafatçılar sırasına yüksəliblər.

Qeyd edək ki, Ərkivan (Masallı) Güləş məktəbinin yetirməsi olan Elgiz Məmmədov məşqçilik fəaliyyəti ilə yanaşı, veteran idmançı kimi də çıxışlarını davam etdirib. O, bu çempionat da daxil olmaqla veteranlar arasında yunan-Roma güləşi üzrə üç dəfə dünya çempionatının gümüş, bir dəfə isə bürünc medalını qazanıb.
Fakt.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑