Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.
Bu gün son çempion "Qalatasaray" meydana çıxıb.
Komanda "Kasımpaşa"nı qəbul edib. Hesab ilk hissədə açılıb. Abdülkerim Bardakcı fərqlənib.
İkinci yarıda Rak-Sakyi hesabı bərabərləşdirib. Lakin Barış Alper Yılmaz və Mario Lemina "Qalatasaray"a qələbə qazandıran qolları vurub - 3:1.
Qeyd edək ki, "Cimbom" 16 xalla liderliyini davam etdirir. ///apa.az///




