İdman · Bizim.Media

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanın ən çox maaş alan məşqçisi oldu xəbəri üçün şəkil

"Arsenal”ın baş məşqçisi Mikel Arteta dünyanın ən çox maaş alan futbol məşqçilərinin siyahısında birinci yerə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Məlumata görə, ispaniyalı mütəxəssis yeni müqaviləyə əsasən, ildə təxminən 26 milyon avro qazanacaq. Onun əvvəlki illik maaşı 17,3 milyon avro təşkil edib.
 

Reytinqdə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Simone İnzaqi tutur. Onun illik gəliri 25,7 milyon avrodur. İlk üçlüyü isə ildə 23,2 milyon avro qazanan “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone tamamlayır.


Qeyd edək ki, Artetanın “Arsenal”la yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. O, 2019-cu ilin dekabrından London klubuna rəhbərlik edir.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑