İdman · Azxeber.com

Vinçenzo Montella Türkiyə millisindən qovuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vinçenzo Montella Türkiyə millisindən qovuldu xəbəri üçün şəkil
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə yolların ayrıldığını elan edib.
Bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, bu gün TFF İdarə Heyətinin növbədənkənar iclası keçirilib və 5 rəhbər şəxsin istefa verdiyi toplantıda italyan mütəxəssis Montella ilə əməkdaşlığa xitam verilməsi qərara alınıb.
"Türkiyə Futbol Federasiyası İdarə Heyəti bugünkü iclasında növbəti seçkili baş assambleya tarixinə qədər vəzifəsini davam etdirmək qərarına gəlib. İstefa edən iki idarə heyəti üzvünün yerinə İbrahim Özbay və Metin Akyüz təyin olunub. A Milli Komandanın baş məşqçisi cənab Vinçenzo Montella ilə yola davam etməmək qərarı verilib. Həmçinin, istefa verən Baş katib Abdulla Ayazın yerinə Əhməd Ərzurumlu təyin olunub”, – deyə TFF-nin rəsmi internet saytından verilən bəyanatda qeyd olunub.
Xatırladaq ki, FIFA 2026 Dünya Çempionatından kənarda qaldıqdan sonra Türkiyə millisi UEFA Millətlər Liqasında oynadığı 4 matçın hamısında da məğlub olmuşdu.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑