“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Maykl Karrik “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı vəziyyətə münasibət bildirib.
İdman.Biz BBC-yə istinadən istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis araşdırmanın hələ davam etdiyini və bir çox sualın cavabsız qaldığını söyləyib.
“Bu məsələ ilə bağlı nəsə demək bir çox cəhətdən çətindir. Düşünürəm ki, vəziyyət çoxlu suallar doğurub. Onların bəzilərinə cavab var, bəzilərinə isə yox. Proses hələ davam etdiyi və nə qədər çəkəcəyini bilmədiyimiz üçün çox şey deyə bilmirəm. Amma mənim də bununla bağlı suallarım var.
Bu məsələ müəyyən müddət ərzində şəxsən mənə müxtəlif cür təsir edib. Hazırda vəziyyətin necə olduğunu və hər şeyin nə ilə nəticələnəcəyini bilmirəm. Ona görə də gözləməliyik. Deyə biləcəyim odur ki, məsələnin mümkün qədər tez həll olunması hamı üçün vacibdir”, - deyə Kerrik bildirib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqla bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilinib. İttihamlar yanlış maliyyə məlumatlarının təqdim edilməsi, futbolçulara və məşqçilərə ödənişlər, həmçinin maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlıdır. Klub qərardan apellyasiya şikayəti verib.




