Bakı, 9 oktyabr,
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Sofiya Beznosikova və Maks Leleu Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə bürünc medal qazanıblar.
Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildirilib ki, idmançılar ritm və sərbəst rəqs proqramlarının yekununda 146,34 xal toplayıblar.
Onlar beş cütlüyün mübarizə apardığı yarışda üçüncü yeri tutublar.



