Azərbaycanıın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü Qazaxıstandakı beynəlxalq yarışda bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, onlar Almatı şəhərində keçirilən turnirdə fərqləniblər.
Təmsilçilərimiz ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutublar.
Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 7-dən 11-dək keçirilir.




