İdman · Teleqraf

“Barselona” İngiltərənin gənc ulduzunu istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” İngiltərənin gənc ulduzunu istəyir xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

İspaniya təmsilçisi “Barselona” İngiltərənin “Fulhem” klubunun futbolçusu Coş Kinqi transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərə Premyer Liqasının bir sıra klublarının da maraq göstərdiyi 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.

İngiltərənin ən perspektivli gənc futbolçularından biri hesab olunan Kinq daha əvvəl “Arsenal”, “Liverpul” və Dortmund “Borussiya”sının da maraq dairəsində olub.

Kinqin transfer dəyəri təxminən 60 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Kinq cari mövsümdə “Fulhem”in heyətində 6 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm isə London klubunun heyətində 38 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑