İdman · Teleqraf

Arda Gülər zədəsini sağaltdı - Meydana qayıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arda Gülər zədəsini sağaltdı - Meydana qayıdır xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

La Liqa təmsilçilərindən “Real Madrid”in futbolçusu Arda Gülər zədəsini sağaldaraq komanda məşqlərinə qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Bildirilib ki, həftə ərzində əzələ gərginliyi səbəbindən məşqlərdə iştirak edə bilməyən türkiyəli futbolçu son məşqdə komanda ilə birlikdə çalışıb. Bu səbəbdən onun “Rasinq Santander”lə qarşılaşmada meydana çıxmaq ehtimalı var.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 12 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun qollarından ikisi La Liqada, biri isə UEFA Çempionlar Liqasında qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑