İdman · İdman.biz

“Gəncə”yə FIBA Avropa Kubokunda texniki məğlubiyyət verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Gəncə”yə FIBA Avropa Kubokunda texniki məğlubiyyət verildi xəbəri üçün şəkil

Azərbaycanın “Gəncə” basketbol klubuna FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirilməli olan oyuna görə texniki məğlubiyyət verilib.

İdman.Biz xəbər verir ki, turnirin rəsmi təqvimində qarşılaşmanın nəticəsi Bolqarıstan təmsilçisinin xeyrinə 20:0 hesabı ilə göstərilib.

C qrupunun üçüncü turuna təsadüf edən görüş oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməli idi. Lakin Azərbaycan komandasının səfəri ilə bağlı yaranan problemlər səbəbindən matç baş tutmayıb.

FIBA hələ oktyabrın 19-da rəsmi açıqlama yayaraq qarşılaşmanın keçirilməyəcəyini və məsələnin FIBA Avropanın vahid hakiminin baxışına göndərildiyini bildirmişdi. Beynəlxalq qurum səfərlə bağlı çətinliklərin konkret səbəbini açıqlamamışdı.

Texniki nəticə qeydə alındıqdan sonra “Gəncə” C qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb. Komandanın hesabında bir qələbə və üç məğlubiyyət var.

Azərbaycan təmsilçisi cari mövsüm turnirdə yeganə qələbəsini oktyabrın 29-də qazanıb. Həmin gün “Gəncə” Portuqaliyanın “Sportinq” klubunu sensasiyalı şəkildə 69:67 hesabı ilə məğlub edib.

Komanda növbəti oyununu noyabrın 4-də Rumıniyada “Universitatya Krayova”ya qarşı keçirəcək.

Qeyd edək ki, FIBA Avropa Kubokunda hər qrupun ilk iki pilləsini tutan komandalar ikinci mərhələyə yüksəlirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑