Qarışıq döyüş növlərinin tanınmış idmançısı Şavkat Raxmonovun yanvar ayında oktaqona qayıdacağı ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə idmançının meneceri Daniel Rubenşteyn açıqlama verib. O bildirib ki, Jack Della Maddalena ilə döyüş barədə heç bir danışıq olmayıb və Raxmonovun yanvarda oktaqona çıxması planlaşdırılmır. Qeyd edək ki, Şavkat sonuncu dəfə 2024-cü ilin dekabrında İan Gerri üzərində qələbə qazanıb. Son bir il yarım ərzində o, ağır diz zədəsindən bərpa olunur.



