Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha iki oyun keçiriləcək.
SİA xəbər verir ki, turun ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da başlayacaq.
“Zirə” 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İki xalı olan “Araz-Naxçıvan” isə sonuncu – 12-ci yerdədir.
Günün digər matçında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da start götürəcək. Ağdam təmsilçisi 18 xalla 3-cü, 7 xalı olan meydan sahibləri isə 10-cu pillədə yer alıblar.
Azərbaycan Premyer Liqası
X tur
31 oktyabr
15:30. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu.
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, turun ötən gün keçirilən oyununda “Turan Tovuz” öz meydanında “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.



