İdman · Teleqraf

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında Macarıstan klubu ilə üz-üzə gələcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında Macarıstan klubu ilə üz-üzə gələcək xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstan çempionu "Uypeşt"lə üz-üzə gələcək.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Oyunu fransalı Viktor Şe idarə edəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑