Bu gün, 27 oktyabrda Avropa futbolunda milli çempionatlar və ölkə kubokları çərçivəsində bir sıra maraqlı qarşılaşmalar baş tutacaq.
İdman.Biz xəbər verir ki, İtaliya A Seriyasında üç oyun keçiriləcək. Almaniya Kubokunda ikinci mərhələnin səkkiz qarşılaşması baş tutacaq. Bundan başqa, İngiltərə, İspaniya və Türkiyə kuboklarında da mübarizə davam edəcək.
Günün diqqətçəkən oyunları arasında Dortmund “Borussiya”sının “Verder”lə, “Hamburq”un Frankfurt “Ayntraxt”ı ilə qarşılaşmaları, həmçinin London “Arsenal”ının “Flitvud Taun”la səfər matçı yer alır.
İtaliya çempionatı - A Seriyası
21:30 “Sassuolo” - “Latsio”
23:45 “Roma” - “Kalyari”
23:45 “Torino” - “Komo”
Almaniya Kuboku - ikinci mərhələ
21:00 “Hamburq” - “Ayntraxt” (Frankfurt)
21:00 “Bohum” - “Maynts”
21:00 “Rot-Vays Essen” - “Leyptsiq”
21:00 “Zonnenhof Qrossaspax” - “Auqsburq”
23:45 “Borussiya” (Dortmund) - “Verder”
23:45 “Borussiya” (Münhenqladbax) - “Karlsrue”
23:45 “Köln” - “Union” (Berlin)
23:45 “Elfersberq” - “Darmştadt”
İngiltərə Liqa Kuboku - 1/8 final
23:45 “Bredford Siti” - “Piterboro”
23:59 “Flitvud Taun” - “Arsenal”
İspaniya Kuboku - birinci mərhələ
21:30 “Kuarte” - “Jirona”
22:00 “Sestao” - “Espanyol”
22:00 “Pinatar” - “Elçe”
23:59 “Manakor” - “Vilyarreal”
Türkiyə Kuboku - üçüncü təsnifat mərhələsi
14:30 “Etimesqut” - “Qaziantep”
19:00 “Kocaelispor” - “Mazıdağı Fosfatspor”
21:30 “Alanyaspor” - “Bingölspor”
Bütün saatlar Bakı vaxtı ilə göstərilib.


