“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” basketbol komandası məlumat yayıb.
Gəncə təmsilçisinə türkiyəli mütəxəssis Murad Dikmen rəhbərlik edəcək.
Təcrübəli məşqçi Azərbaycan basketboluna tanış simadır. O, “Xəzri” (indiki “Naxçıvan”) klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkı kubokunun gümüş medallarını qazanıb.

.jpg)

