İdman · SİA

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib xəbəri üçün şəkil

Azərbaycanın iki qadın güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının 1/8 finalında məğlub olub.

SİA-nın məlumatına görə, milli üzvlərindən Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) rəqiblərinə uduzublar.

J.Əliyevə ilk görüşündə macar Tamara Dollaka qalib gəlsə də, polşalı Maqdalena Qlodek Liszevska ilə bacarmayıb.

B.Soltanova isə birinci qarşılaşmada Nabira Esenbayevanın (Özbəkistan) müqavimətini qıra bilməyib.

Rəqiblər finala çıxsa, hər iki idmançı təsəlliverici seansda çıxış edəcək.

Bundan əlavə, yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ikinci təsəlliverici görüşdə məğlub olaraq bürünc medal şansını itirib.

Digər yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq) bu gün finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑