İdman · Publika.az

“Siti” cəzalanacağından qorxmur: 83 milyona futbolçu alır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Siti” cəzalanacağından qorxmur: 83 milyona futbolçu alır xəbəri üçün şəkil

“Mançester Siti” maliyyə pozuntularına görə mümkün cəzalarla üzləşdiyi bir vaxtda transfer planlarını davam etdirir. İngiltərə klubu qış transfer pəncərəsində “Çelsi”nin müdafiəçisi Malo Qustonu heyətinə qatmaq istəyir.

Publika.az xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin yaydığı məlumata görə, Mançester təmsilçisi 23 yaşlı fransalı futbolçunun transferi ilə bağlı marağını yenidən gündəmə gətirib. “Mançester Siti”nin baş məşqçisi Enzo Mareska daha əvvəl “Çelsi”də çalışdığı dövrdə Qusto ilə işləyib və futbolçunu komandasında görməkdə maraqlıdır.

Məlumata əsasən, “Siti” rəhbərliyi yanvar ayında transferi reallaşdırmaq niyyətindədir. Klub ötən yay danışıqlar zamanı sərt mövqe tutan “Çelsi”nin bu dəfə maliyyə tələblərini azaldacağına ümid edir.

London təmsilçisi bir neçə ay əvvəl Qustonun satışına razılıq vermək üçün 83 milyon avrodan (70 milyon funt sterlinq) az məbləğ tələb etməyib. Fransanın “Lion” klubunun akademiyasında yetişən müdafiəçi “Çelsi”dəki üç illik çıxışından sonra İngiltərə Premyer Liqasında mövqeyini möhkəmləndirib.

Tələb olunan məbləğin yüksəkliyini Əşrəf Hakiminin transferi ilə müqayisə etmək olar. Mərakeşli futbolçu 2020-ci ildə 68 milyon avroya PSJ-yə keçib və hazırda dünyanın ən bahalı sağ cinah müdafiəçilərindən biri hesab olunur.

İngiltərə mediası “Çelsi”nin Qustonun satış qiymətini aşağı salmağa hazır ola biləcəyini yazır. Bununla belə, “Mançester Siti”nin transfer planları maliyyə pozuntuları ilə bağlı mümkün sanksiyalar fonunda diqqət çəkir. Klub Premyer Liqanın maliyyə qaydalarını 114 dəfə pozmaqda ittiham olunur və yekun qərarın maliyyə vəziyyətinə, eləcə də yeni futbolçularla müqavilə bağlama imkanlarına təsir göstərə biləcəyi bildirilir.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑