İdman · Apasport.az

Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı xəbəri üçün şəkil

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çində böyük qalmaqalın mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, fransalı futbolçunun Çin Xalq Respublikasının keçmiş lideri Mao Tszedunla bağlı olduğu bildirilən zarafatı ölkədə ciddi narazılıq yaradıb.

Sosial şəbəkələrdə yayılan videoda Mbappe indiyədək gördüyü ən gülməli internet zarafatının öz üzünün çinli diktator hesab etdiyi şəxsin fotosuna montaj edildiyi görüntü olduğunu deyir.

Söhbətin Mao Tszedundan getdiyi bildirilir.

Hadisədən sonra Çinin “Dongpeng”, “Mengniu” və “Milkground” şirkətləri futbolçu ilə əməkdaşlığa son qoyduqlarını açıqlayıblar.

Şirkətlər qərarlarını Çin xalqının milli hisslərini incidən söz və hərəkətlərə qarşı sıfır tolerantlıq siyasəti ilə əsaslandırıblar.

İspaniya mətbuatının məlumatına görə, qalmaqal fonunda Çinin dövlət televiziyası CCTV La Liqa qarşılaşmalarının yayımlarını da dayandırıb.

Qeyd edək ki, Mao Tszedun Çin Xalq Respublikasının qurucusu olub və 1949–1976-cı illərdə ölkəyə rəhbərlik edib. Onunla bağlı satirik məzmun Çində həssas mövzulardan sayılır.

Əlavə edək ki, mübahisəyə səbəb olan videonun həqiqiliyi hələ müstəqil şəkildə təsdiqlənməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑