İdman · Offsideplus.az

U-15 dünya çempionatı: Azərbaycan millisinin 1/16 finaldakı rəqibi Çilidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
U-15 dünya çempionatı: Azərbaycan millisinin 1/16 finaldakı rəqibi Çilidir xəbəri üçün şəkil
U-15 dünya çempionatı: Azərbaycan millisinin 1/16 finaldakı rəqibi Çilidir

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığma C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

Oktyabrın 28-də Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da start götürəcək. Bu cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsini 9 xalla 3-cü sırada bitirərək C Divizionuna vəsiqə qazanan millimiz oktyabrın 28-dən 30-dək daha 5 matça çıxacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑