İdman · İdman.biz

Qadın cüdoçularımız Asiya Kubokunda mübarizə aparacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qadın cüdoçularımız Asiya Kubokunda mübarizə aparacaq xəbəri üçün şəkil

Azərbaycanın beş cüdoçusu oktyabrın 31-dən noyabrın 1-dək İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda mübarizə aparacaq.

İdman xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə ölkəni dörd çəki dərəcəsində beş gənc qız cüdoçu - Gülşən Hüseynova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) təmsil edəcəklər.

İdmançılar yarışa gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑