Dünya · SİA

Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub xəbəri üçün şəkil

Sudanın Şimali Kordofan ştatının Əbu-Zəymə kəndində "An-24" tipli hərbi təyyarə yaşayış evinə çırpılıb, nəticədə bir ailədən 5 uşaq həlak olub, anaları isə yaralanıb. Bu barədə "Emergency Lawyers" hüquq müdafiə təşkilatından bildiriblər. Təşkilatın məlumatına görə, hadisə hərbi birləşmələrin nəzarətində olan ərazidə baş verib. Hüquq müdafiəçiləri zərbəyə görə məsuliyyətin Sudan ordusunun üzərinə düşdüyünü bildiriblər. Hərbçilər hələlik bu bəyanatı şərh etməyiblər.

Hadisə Sudanın şərq və qərb hissələrini birləşdirən strateji əhəmiyyətli regionda döyüş əməliyyatlarının güclənməsi fonunda baş verib. Ölkə ordusu və hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri artıq 3 ildən çoxdur ki, ərazilərə nəzarət uğrunda mübarizə aparırlar. Münaqişə nəticəsində 10 minlərlə insan həlak olub, milyonlarla sakin evlərini tərk edib.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑