Meksikaya səfər edən xarici turistlər 175 peso (təxminən 16 manat) məbləğində vergi ödəməli olacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin turizm naziri Jozefina Rodriges Zamora məlumat verib.
Nazirin sözlərinə görə, prezidentin göstərişinə əsasən, ölkənin qeyri-rezidentləri üçün müəyyən edilən rüsum ilkin nəzərdə tutulan məbləğin 50 faizi həcmində, yəni 175 peso olacaq.
Jozefina Rodriges Zamora bildirib ki, vergidən əldə olunan vəsait sərhəd-keçid məntəqələrinin müasirləşdirilməsinə yönəldiləcək.
“Bütün giriş məntəqələrində, xüsusilə də hava limanlarında miqrasiya prosedurlarının avtomatlaşdırılması daha da genişləndiriləcək. Avadanlıqları yeniləyəcəyik, çünki onların bir çoxu artıq köhnəlib”, – deyə nazir vurğulayıb.




