Dünya · Teleqraf

Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına hücum ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına hücum ediblər xəbəri üçün şəkil

BAKI, 16 oktyabr. TELEQRAF

Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları İqtisadiyyat Nazirliyinin binasına daxil olaraq dağıntılar törədiblər.

Teleqraf xəbər verir ki, bu barədə “Albanian Daily News” portalı məlumat yayıb.

Bildirilib ki, etirazçılar nazirliyin xidməti otaqlarına ziyan vurub, daha sonra binadan mebel və müxtəlif avadanlıqları çıxarmağa başlayıblar.

Məlumata görə, iğtişaşlar zamanı Albaniyanın Mərkəzi Seçki Komissiyasının binasına da zərər dəyib.

Qeyd edək ki, Tiranada kütləvi iğtişaşlar oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında keçirilən tələbə etirazı zamanı başlayıb və növbəti gün də davam edib.

Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər hökumət başçısının iqamətgahına doğru irəliləməyə çalışıblar. Polisin müdaxiləsindən sonra etirazçılar ayrı-ayrı qruplara bölünərək paytaxtın mərkəzindəki dövlət qurumlarının binalarına ziyan vurublar.

İğtişaşlar nəticəsində parlamentin, Ədliyyə Nazirliyinin, Dövlət Arxivinin və digər dövlət qurumlarının binaları da zədələnib.

Albaniyanın əsas müxalifət qüvvələrindən olan Demokratik Partiyanın sədri Sali Berişa etiraz aksiyalarını dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, qarşıdurmalardan əvvəl Tiranada 130 gündən artıq müddətdə hökumət əleyhinə aksiyalar keçirilirdi.

Etirazlara səbəb hakimiyyətin Adriatik dənizi sahilində yerləşən Vyosa-Narta qoruq ərazisində kurort kompleksinin tikintisi layihəsi olub.

Aksiya iştirakçıları xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanuna dəyişikliklərin ləğvini və Baş nazir Edi Ramanın istefasını tələb edirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑