Fransada La-Manş tunelinin girişində avtobusla qatarın toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə RTL radiosu yerli prefekturaya istinadla məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında avtobus sürücüsü və 18 sərnişin var. BFMTV telekanalının bildirdiyinə görə, yaralılardan beşinin vəziyyəti ağırdır, lakin onların həyatına təhlükə yoxdur.
Hadisə ilə əlaqədar Fransa ilə Böyük Britaniya arasında fəaliyyət göstərən “Eurostar” qatarlarının hərəkəti dayandırılıb.




