Somalinin Cənub-Qərb Ştatının keçmiş rəhbəri Əbdiəziz Həsən Məhəmmədi dəstəkləyən silahlı qüvvələr hökumət qüvvələri ilə toqquşmalardan sonra strateji əhəmiyyətli Burhakaba şəhərinə nəzarəti bərpa etdiklərini açıqlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Hiiran Onlayn” məlumat yayıb.
Bildirilib ki, toqquşmalar 15 oktyabr səhəri, Laftagaren kimi də tanınan Əbdiəziz Həsən Məhəmmədin tərəfdarlarının federal qoşunların və mövcud regional administrasiyanı dəstəkləyən silahlı qüvvələrin mövqelərinə hücum etməsi ilə başlayıb.
Şəhərin müxtəlif yerlərində şiddətli atışma və partlayış səsləri eşidilib. Şahidlər döyüşçülərin şəhərin yaşayış məntəqələrinə girdiyini bildiriblər.
Hələlik şəhərin tamamilə Laftagaren tərəfdarlarının nəzarəti altına keçdiyi təsdiqlənməyib.




