ABŞ-də həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsində onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.
Məlumatına görə, Maduro Venesuelada hakimiyyətdə olduğu dövrdə ayrı-ayrı şəxslərə işgəncə verilməsi barədə göstərişlər verməsi ilə bağlı iddiaları rədd edib.
Son dövrlərdə ev dustaqlığına buraxılması ilə bağlı müraciəti rədd edilən Flores də Venesuelada saxlanılan amerikalılara və digər şəxslərə işgəncə verməkdə, eləcə də başqa cinayətlərdə ittiham olunur. Maduro və Flores silahlarla bağlı ittihamları da qəbul etməyiblər.
Məhkəmə müdafiə tərəfinin işin xitam olunması ilə bağlı arqumentlərini müzakirə etmək üçün növbəti iclasın dekabrın 17-də keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, bu il yanvarın 3-də Nikolas Maduroya qarşı ABŞ tərəfindən genişmiqyaslı əməliyyat keçirilib və o, həyat yoldaşı ilə birlikdə ABŞ-yə aparılıb. Maduro narkotik maddələrin, o cümlədən kokainin qaçaqmalçılığı və ABŞ-yə qarşı təxribat hazırlamaqla bağlı ittihamlarla üzləşib.
Maduro və Flores yanvarın 3-dən etibarən Nyu-Yorkun Bruklin rayonundakı təcridxanada saxlanılırlar.




