İdman · SİA

Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır xəbəri üçün şəkil

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

SİA-nın məlumatına görə, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən azaddır.

Bundan əlavə, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi Markus Raqqinqer (Avstriya) olacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑