İdman · Modern.az

200-dən çox qadın və uşaq karateçilər bir araya gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
200-dən çox qadın və uşaq karateçilər bir araya gəldi
200-dən çox qadın və uşaq karateçilər bir araya gəldi

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə qadın idmançılar üçün seminar keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev paylaşım edib.

O bildirib ki, tədbirdə müxtəlif yaş qruplarından 200-dən çox qadın karateçi iştirak edib. Seminarın əsas məqsədi qadın karatesinin inkişafına dəstək vermək, idmançılar arasında birlik, həmrəylik və komanda ruhunu gücləndirmək olub.

“Gənc nəslin peşəkar idmançılarla ünsiyyətdə olması və təcrübə qazanması onların gələcək nailiyyətləri üçün böyük stimuldur. Federasiya olaraq istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviləşməsi istiqamətində layihələrimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ülvi Quliyev qeyd edib.

Federasiya prezidenti seminarda fəal iştirak edən qadın karateçilərə təşəkkür edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

1557995

15579941557993

1557992

1557991

1557990

1557989

1557988

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑