İdman · Teleqraf

"Neftçi" ilə oyun "Turan Tovuz" üçün əlamətdar olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Neftçi" ilə oyun "Turan Tovuz" üçün əlamətdar olub xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının IX turu “Turan Tovuz” üçün əlamətdar olub.

Teleqraf PFL-ə istinadən xəbər verir ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.

74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb. Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑