İdman · İdman.biz

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatını beşinci yerdə başa vurdular - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatını beşinci yerdə başa vurdular - FOTO xəbəri üçün şəkil

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi yığma A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşıb. Millimiz hər iki görüşdə məğlub olub.

B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Gürcüstan millisi ilə üz-üzə gələn Azərbaycan komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Final qarşılaşmasında Polşa yığması Ukrayna komandasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionu olub. Polşa millisi bu nəticə ilə 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑