İdman · Futbolpress.az

“Uşaqlar dedi ki, ofsayd yox idi” – kapitan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Uşaqlar dedi ki, ofsayd yox idi” – kapitan xəbəri üçün şəkil

“Sumqayıt” Misli Premyer Liqasının IX turunda “Zirə”yə uduzdu – 2:3.

Matçdan sonra “kimyaçılar”ın kapitanı İsa Suliman “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Nəticəni necə şərh edərdiniz?
– Təəssüflənirik. Matça yaxşı başlamadıq. “Zirə” çoxlu hücumlar etdi və iki qol vurdu. Meydanda vəziyyətimiz istədiyimiz kimi deyildi. Buna baxmayaraq, fasiləyə qədər fərqi azalda bildik. İkinci hissədə bərabərlik qolunu vursaq da, artığına gücümüz çatmadı.

– Bir qolunuz ofsayd səbəbi ilə qeydə alınmadı. Epizoda baxmısınız?
– Doğrusu, baxmamışam. Amma uşaqlar dedi ki, ofsayd yox idi.

– Ardıcıl iki qələbədən sonra bu məğlubiyyət komandaya psixoloji necə təsir edəcək?
– Qələbələrimizin sayını artırmaq istəyirdik, təəssüf ki, olmadı. Qarşıdakı matçlara baxacağıq.

– “Zirə”yə altı ildir, qalib gələ bilmirsiniz. Sizcə, bu, nə ilə bağlıdır?
– Uzun müddətdir, buradayam. Dediyiniz statistikadan xəbərim var idi. İstəyirdik ki, uğursuz seriyanı sonlandıraq, lakin alınmadı. Bu görüşü unutmalı və qarşımızdakı oyunlara baxmalıyıq.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑