İdman · Futbolpress.az

Azərbaycan millisi Trabzonda 10 medal qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi Trabzonda 10 medal qazandı xəbəri üçün şəkil

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi yarışı 10 medalla başa vurub.

Komandamızın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑