“Sabah” futbol komandası Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının arxada qalan hissəsi “Sabah”ın cəmi birinci qol buraxması ilə diqqət çəkir.
Səkkiz oyunda orta hesabla 0,125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb.
1992-ci ildən keçirilən çempionatda ümumilikdə beşinci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk səkkiz matçda yalnız bir top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə “Qəbələ” nail olub.
2001/2002 mövsümündə “Neftçi”nin imza atdığı rekordu altı ildən sonra AZAL, doqquz ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.



