İdman · İdman.biz

Jali Muaddib: “Çempionluq uğrunda iki komanda mübarizə aparacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Jali Muaddib: “Çempionluq uğrunda iki komanda mübarizə aparacaq” xəbəri üçün şəkil

“Çox yaxşı və gərgin oyun alındı”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Jali Muaddib deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının doqquzuncu turunda səfərdə “Sabah”la qolsuz heç-heçə etdikləri qarşılaşma barədə fikirlərini bölüşüb.

“Bəlkə də qələbəyə daha yaxın idik. Rəqib də yaxşı oyun sərgilədi. Ümumiyyətlə, “Sabah” yaxşı komandadır. Göstərdiyimiz oyundan qürur duya bilərik. Ümid edirəm ki, onlara qarşı növbəti matçda qələbə qazana biləcəyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Fransalı futbolçu çempionluğa iddialı komandaların duelində qol vurulmamasına da münasibət bildirib:

“Siz digər oyunlarda komandaların neçə qol vurduğuna baxmalısınız. Mən düşünürəm ki, hər iki komanda çox yaxşı müdafiə olunur və topsuz oyunda da yaxşı çıxış edir. Ona görə də heç kim qol vura bilmədi. Biz digər komandalara qarşı da çox qol buraxmırıq. “Sabah” da həmçinin”.

Muaddib çempionluq uğrunda mübarizənin iki komanda arasında gedəcəyini düşündüyünü bildirib. O, həmin komandalardan birinin “Qarabağ” olduğunu desə də, digərinin adını açıqlamayıb:

“Mən düşünmürəm ki, titul uğrunda mübarizə bu üç komanda arasında olacaq. İki klub sona qədər mübarizə aparacaq. Yəni, məncə, rəqiblərimizdən biri ritmi izləyəcək. Bizimlə başqa bir komanda arasında mübarizə gedəcək. Düşünürəm ki, titul uğrunda mübarizə bizim və həmin komandanın digər rəqiblərlə qarşılaşmalarında müəyyənləşəcək”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑