Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub.
H.Cəfərov eyni raundda Cənubi Koreayadan olan Hanjae Çunqu məğlub edib.
İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək. Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri “Araz-Naxçıvan”, “Zirə”, “Qəbələ” bu gün mübarizəyə qoşulacaq. Azərbaycan Kuboku II təsnifat mərhələsi 27 oktyabr 14:00 “Marafon” – “Zaqatala” 1:0 Qol: Allahverdiyev, 59 “Marafon Arena”, 14:00 17:00 “Şimal” – “Araz-Naxçıvan” 0:6 Qollar: Ağadadaş, 11, 87, 90, Rövlan, 51, Abdulla, 52, […]
Bakı, 27 oktyabr, AZƏRTACOktyabrın 27-də Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə master-klass təşkil olunub. AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Azərbaycan Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də milli assosiasiya nümayəndələri iştirak ediblər.Zəngin təcrübəsinə əsaslanan Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən
Misli Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq. Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib. “Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt […]