Bakının Xətai rayonunda məktəblilər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektoru ilə Fokus İdman Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirin əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması və kamandan oxatmanın təbliği olub. Yarış U-15 yaş kateqoriyasında oğlanlar və qızlar arasında təşkil edilib.
Oğlanlar arasında nəticələr:
Birinci yer - Habil Məmmədli (64 nömrəli məktəb)
İkinci yer - Zülfüqar Əmrullayev (55 nömrəli məktəb)
Üçüncü yer - İdris Rüstəmli (24 nömrəli məktəb)
Qızlar arasında nəticələr:
Birinci yer - Selcan Məmmədli (24 nömrəli məktəb)
İkinci yer - Leyla Nəsibova (95 nömrəli məktəb)
Üçüncü yer - Mədinə Nağıyeva (261 nömrəli məktəb)
Turnirin sonunda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.



