İdman · Apasport.az

“Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sumqayıt” - “Şəfa”  matçının məkanı dəqiqləşib xəbəri üçün şəkil

Misli Premyer Liqasının X turunda keçiriləcək "Sumqayıt" – "Şəfa" qarşılaşması "SOCAR Polymer Arena"da baş tutacaq.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

"Sumqayıt"ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının XII turunda "Sabah"a qarşı keçirilməsi planlaşdırılır.

Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑