İdman · İdman.biz

Sənan Qurbanov U-15 futbol millimizin çıxışından danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sənan Qurbanov U-15 futbol millimizin çıxışından danışdı xəbəri üçün şəkil

“Dünya çempionatı çox yüksək səviyyədə keçirilir. Futbolumuz adına çox mühüm və uğurlu hadisədir. İlk günlərdən ordayam, əla şərait yaradılıb. Təşkilatçılıq, xaricdən gələnlərin qarşılanması yüksək səviyyədədir. Ölkəmiz üçün qürur duyuram”.

Bu sözləri mütəxəssis Sənan Qurbanov Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalı barədə danışarkən deyib.

S.Qurbanov milli komandamızın turnirdəki çıxışını dəyərləndirib və gənc futbolçuların inkişaf tempini diqqətə çatdırıb.

“Azarkeşlərimizin qarşısında futbolçuların oynaması həyəcanvericidir. Rəqiblər güclüdür. Haitinin bir neçə keyfiyyətli futbolçusu var idi. Bizdən üstün oynadılar. Mən də razıyam ki, futbolçularımız oyundan-oyuna həyəcanı üstlərindən ata bilir. İsrailə qalib gəldik, Haiti ilə oyunda da rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdıq, penalti qazandıq. Futbolçuların bunu görməsi inkişaf deməkdir”, - deyə o offsideplus.az-a açıqlamasında söyləyib.

Dünən millimizin ikinci qarşılaşmasını “Sabah”ın futbolçuları Umarali Raxmonaliyev və Abdulla Xaybullayevlə birlikdə izləyən mütəxəssis yığmanın gənc üzvü barədə də fikirlərini bölüşüb:

“Onu uzun illərdir tanıyıram. “Anji” yetirməsidir. Parlaq vaxtlarını 'Sabah'da keçirir. Xarakteri hesabına A milliyə qədər yüksəlib. Gənc futbolçudur. Üzərində işləməyi də sevindirici haldır”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑