İdman · Offsideplus.az

Azərbaycan Güləş Federasiyasının analiz platforması UWW iclasında yüksək qiymətləndirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Güləş Federasiyasının analiz platforması UWW iclasında yüksək qiymətləndirildi xəbəri üçün şəkil
Azərbaycan Güləş Federasiyasının analiz platforması UWW iclasında yüksək qiymətləndirildi

Qazaxıstanın paytaxtı Astanada Dünya Güləş Birliyinin (UWW) Elmi Komissiyasının illik iclası və elmi simpozium keçirilib.

Offsideplus.az xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda çıxış edərək AGF-nin hazırladığı analiz platformasını təqdim edib.

UWW-nin rəsmiləri və xarici professorlar bu təqdimatı yüksək qiymətləndirərək platformanın rəqəmsal texnologiyaların idmana inteqrasiyasında böyük imkanlar açdığını bildiriblər.

Qeyd edək ki, UWW prezidenti Nenad Laloviçin də qatıldığı simpoziumda iştirakçılar olimpiya təsnifat sistemi, rəqiblərin analizi, qərarvermə və idmançıların fiziki göstəricilərinin izlənilməsində müasir texnologiyaların tətbiqini müzakirə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑