Misli Premyer Liqasının IX turunun "Sumqayıt"la matçı (3:2) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi 42 yaşlı mütəxəssisin rəhbərliyi altında 250-ci rəsmi oyununu keçirib.
2020-ci ilin iyulundan "Zirə"ni çalışdıran Rəşad Sadıqov bu müddətdə 112 qələbə, 76 heç-heçə və 62 məğlubiyyət yaşayıb (topların nisbəti: 316-237).
Görüşlərin 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı isə avrokubokların payına düşür.




