Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv İsrail yığması ilə qarşılaşıb. Görüş millimizin qələbəsiylə başa çatıb – 3:1.
U-15 daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.



