İdman · İdman.biz

“Hoffenhaym”ın baş məşqçisindən xəstə Kompani haqqında diqqətçəkən sözlər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hoffenhaym”ın baş məşqçisindən xəstə Kompani haqqında diqqətçəkən sözlər xəbəri üçün şəkil

Almaniyanın “Hoffenhaym” futbol komandasının baş məşqçisi Kristian İlzer səhhətindəki problemlər səbəbindən xəstəxanada müalicə alan “Bavariya”nın çalışdırıcısı Vensan Kompani haqqında danışıb. Avstriyalı mütəxəssis həmkarını bütün Bundesliqa üçün ilham mənbəyi adlandırıb.

İdman.Biz BILD nəşrinə istinadən xəbər verir ki, İlzer Kompaninin tezliklə sağalacağına ümid etdiyini bildirib.

“O, ilham mənbəyidir. Vensanı həm məşqçi, həm də insan kimi yüksək qiymətləndirirəm. Ona tezliklə gücünü bərpa etməyi və tam sağlam şəkildə geri qayıtmağı arzulayıram. Çünki o, həm biz məşqçilər, həm də bütün Bundesliqa üçün böyük dəyərdir”, - deyə İlzer bildirib.

49 yaşlı mütəxəssis futbol məşqçilərinin üzləşdiyi psixoloji təzyiqə də toxunub. Onun sözlərinə görə, yüksək səviyyədə çalışan məşqçilər daim stressli vəziyyətlərlə qarşılaşırlar.

“Hər bir məşqçi bu peşəni seçərkən onu nələrin gözlədiyini bilir. Daim müxtəlif stressli vəziyyətləri idarə etməli oluruq. Uğurlar və uğursuzluqlar bu işin ayrılmaz hissəsidir. Biz stresslə mübarizə aparmağa hazırıq. Ancaq bunun üçün ilk növbədə tam sağlam olmaq lazımdır”, - deyə İlzer vurğulayıb.

Xatırladaq ki, Kompani oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqi zamanı huşunu itirərək yıxılıb və xəstəxanaya yerləşdirilib. Belçikalı mütəxəssis hadisədən əvvəl virus infeksiyasına yoluxduğunu açıqlayıb.

“Bavariya”nın idman direktoru Maks Eberl oktyabrın 26-da Kompaninin vəziyyətinin stabil olduğunu və səhhətinin yaxşılaşdığını bildirib. Bununla belə, müayinələr hələ başa çatmayıb.

Klub rəhbərliyi 40 yaşlı mütəxəssisin sağalması üçün ona kifayət qədər vaxt veriləcəyini, məşqçi fəaliyyətinə qayıdışının isə günlərlə deyil, həftələrlə ölçüləcəyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑