İdman · AZƏRTAC

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Çinin dövlət televiziyası CCTV Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin açıqlamasından sonra İspaniya çempionatının oyunlarının yayımını dayandırıb.

AZƏRTAC AS nəşrinə istinadla xəbər verir ki, 27 yaşlı futbolçu müsahibələrinin birində üzünün Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi memdən danışıb. Mbappe şəkildəki şəxsi “Çin diktatoru” adlandırsa da, onun adını çəkməyib.

Məlumata görə, CCTV fransalı hücumçunun iştirakı ilə hazırlanan reklamları və videoları da efirdən çıxarıb. Bununla belə, Çinin digər platformalarında La Liqa oyunlarının yayımının dayandırılması barədə məlumat verilməyib.

Son bir ildə azarkeşlər “Real Madrid” və Fransa millisində qəbul edilən qərarlara təsir göstərdiyini iddia edərək Mbappeni zarafatla “diktator” adlandırırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑