İdman · Futbolpress.az

Rəşad Sadıqov üçün əlamətdar oyun

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəşad Sadıqov üçün əlamətdar oyun xəbəri üçün şəkil

Misli Premyer Liqasının IX turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, Qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb. “Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib.

2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, baş məşqçinin debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑