İdman · Bizim.Media

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi… xəbəri üçün şəkil

Bu gün dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un 70-ci təqdimetmə mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, 2025–2026-cı illər mövsümünün nəticələrinə həsr olunan tədbir Londonda, “Palladium” teatrında təşkil ediləcək.

İlk dəfədir ki, dünya futbolunun əsas fərdi mükafatı Fransa hüdudlarından kənarda veriləcək.

Mərasimin Londonda keçirilməsi 1956-cı ildə “Qızıl top”un ilk qalibi olmuş ingiltərəli futbolçu Stenli Metyuzun adı ilə əlaqələndirilir.
 

Kişilər arasında mükafatın qalibi 30 futbolçu arasından seçiləcək. Namizədlər sırasında Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real Madrid”), Usman Dembele (PSJ), Lionel Messi (“İnter Mayami”) və digər futbolçular yer alırlar.


“Qızıl top”un qalibini beynəlxalq futbol jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Heyətə FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrin hər birindən bir jurnalist daxil edilib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑